Ev Dünya90 milyard avro gecikə bilər – Aİ yeni şərtlər irəli sürdü

90 milyard avro gecikə bilər – Aİ yeni şərtlər irəli sürdü

by Baş Redaktor
17 Baxış

Avropa İttifaqı Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq maliyyə paketinin verilmə şərtlərini sərtləşdirə bilər.

Army.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.

Bildirilir ki, əgər Kiyev vergi sistemində dəyişikliklər etməzsə, xüsusilə də sadələşdirilmiş rejim üzrə çalışan şirkətlər üçün əlavə addımlar atmazsa, maliyyə ayrılması daha çətinləşə bilər:

“Söhbət illik dövriyyəsi 77,4 min avronu keçən və hazırda gəlirlərinin cəmi 5 faizi həcmində vergi ödəyən şirkətlər üçün ƏDV-nin 20 faizə qaldırılması tələbindən gedir. Bu sistem əvvəlcə kiçik sahibkarlar və fərdi fəaliyyət göstərənlər üçün nəzərdə tutulmuşdu”.

banner

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment