Ev SiyasətRza Pəhləvi çağırış etdi – “İranı vurun, xalq küçələrə çıxmalıdır”

Rza Pəhləvi çağırış etdi – “İranı vurun, xalq küçələrə çıxmalıdır”

by Baş Redaktor
27 Baxış

İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi İran İslam Respublikasına qarşı təzyiqlərin davam etdirilməsinə, rejimin infrastrukturunun hədəf alınmasına və insanların yenidən küçələrə çıxması üçün şərait yaradılmasına çağırıb.

Army.az xəbər verir ki, bu barədə “Fox Nyus” nəşri məlumat verib.

O bildirib ki, bu proses yarımçıq saxlanmamalı və sona qədər aparılmalıdır:

“Son məqsəd İran xalqının öz ölkəsini geri qaytarmasıdır. Bunun üçün onlara bərabər imkanlar lazımdır. Bu ilin 8–9 yanvar tarixlərində baş verən hadisələr zamanı 24 saatdan az müddətdə təxminən 40 min insan qətlə yetirilib. Bu, İran xalqının azad olmalı olduğuna inanan bir ölkə üçün qəbuledilməzdir”.

banner

Rza Pəhləvinin sözlərinə görə, rejim zəifləyib, lakin hələ tam dağılmayıb:

“Sistemin hələ də fəaliyyət göstərən və hədəfə alınmalı müəyyən hissələri var. Rejim çökmə həddinə çatdıqda, xalq idarəetməni ələ almağa hazır olacaq. Bu proses koordinasiyalı şəkildə aparılmalıdır. Biz üzərimizə düşəni edirik, amma xarici dəstəyə ehtiyac qalır. Bu dəstək artıq başlayıb, lakin yarımçıq dayandırılmamalıdır. Rejim heç vaxt danışıqlara meyilli olmayıb və yəqin ki, olmayacaq. Çünki azad dünya ilə birgəyaşayış onların mahiyyətində yoxdur. Onlar öz ideologiyalarını yaymaq üçün mövcuddurlar”.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment