Milli Onkologiya Mərkəzində otaqlardan birində partlayış baş verib.
Army.az xəbər verir ki, partlayış nəticəsində xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim isə xəsarət alıb.
Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şua-diaqnostika şöbəsində baş verib.
Şöbənin birinci mərtəbəsində qeydə alınan hadisə zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.
Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub və faktla bağlı araşdırma aparılır.
