25
Azərbaycanın Avropa parlamenti ilə bütün sahələrdə əməkdaşlıq əlaqələri dayandırılır.
Army.az xəbər verir ki, bununla bağlı müddəa Milli Məclisin plenar iclasında müzakirə olunan qərar layihəsində əks olunub.
Milli Məclis deputatları tərəfindən hazırlanıb təqdim olunan sözügedən qətnamə qəbul olunub.
zərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin üçüncü hissəsini rəhbər tutaraq qərara alır:
- Azərbaycan Respublikasının Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılsın.
- Azərbaycan Respublikası Milli Məclisinin Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakı dayandırılsın.
- Avronest Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilata üzvlüyünə xitam verilməsi ilə bağlı prosedurlara başlanılsın və həmin prosedur müddətində Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərində iştirak etməsin.
