Ev Hərbi XəbərlərGərginlik artdı: İsrail hərəkətə keçdi

Gərginlik artdı: İsrail hərəkətə keçdi

by Baş Redaktor
31 Baxış

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkə dronlardan gələn təhdidlərə qarşı xüsusi müdafiə proqramı üzərində işləyir.

Army.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilir ki, bu təşəbbüs son vaxtlar “Hizbullah”ın İsrail Müdafiə Qüvvələrinə (IDF) qarşı pilotsuz aparatlarla hücumlarının artması ilə əlaqədar başlanılıb.

Netanyahu layihənin hazırda icra mərhələsində olduğunu və yaxın dövrdə ilk nəticələrin təqdim ediləcəyini qeyd edib.

banner

Bundan əlavə, İsrailin pilotsuz sistemlərə qarşı daha inkişaf etmiş müdafiə texnologiyaları və “oyun dəyişdirə biləcək” yeni həllər üzərində işlədiyi vurğulanır.

Regiondakı gərgin vəziyyətin davam etdiyi, qarşılıqlı hücumların isə təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirdiyi bildirilir.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment