İsrail Baş naziri Benyamin Netanyahunun Yəməndə İran tərəfindən dəstəklənən “Ənsarallah” hərəkatına qarşı mübarizədə ərəb ölkələrinə yardım göstərməyi təklif etdiyi bildirilir.
Army.az xəbər verir ki, bu barədə Livanın “Əl-Əxbar” nəşri ABŞ-nin diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Məlumata əsasən, Netanyahunun təklifi İsrailin husilərin Qırmızı dənizdə gəmiçilik marşrutlarına və strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazına yönəlmiş fəaliyyətinə qarşı regional səylərə daha fəal şəkildə qoşulmağa hazır olduğunu göstərə bilər.
Nəşrin məlumatında təklifin hansı ərəb ölkələrinə və hansı formada təqdim edildiyi barədə əlavə detallar açıqlanmayıb.
