Ev Hərbi XəbərlərLukaşenko: “Ordunu silkələməyin vaxtıdır”

Lukaşenko: “Ordunu silkələməyin vaxtıdır”

by Baş Redaktor
49 Baxış

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Silahlı Qüvvələrinin döyüş hazırlığının genişmiqyaslı şəkildə yoxlanılacağını açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.

Lukaşenko bildirib ki, qarşıdakı yoxlama ordunun bütün bölmələrini əhatə edəcək. O, hərbi hazırlığın real vəziyyətinin qiymətləndirilməsinin və zəruri hallarda səfərbərlik imkanlarının da sınaqdan keçirilməsinin vacibliyini vurğulayıb:

“Xalq dili ilə artıq demişəm: ordunu silkələmək lazımdır, vaxtı çatıb. Bütün ordunu. Hamını yoxlayacağıq. Hətta səfərbərliyə qədər”.

banner

Əlaqəli Yazılar Xüsusi