Alman siyasətçi Sahra Vagenkneç Almaniya kansleri Fridrix Mertz Ukraynaya dəstək siyasətinə görə sərt şəkildə tənqid edib.
Army.az xəbər verir ki, o, sosial şəbəkə platforması X-də yayımladığı açıqlamada Almaniyanın Ukraynaya milyardlarla avro həcmində maliyyə yardımı göstərməsini “vergi ödəyicilərinin vəsaitlərinin məsuliyyətsiz istifadəsi” kimi dəyərləndirib.
Vagenkneç bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin son dövrlərdə Rusiya ərazisinin dərinliklərində yerləşən obyektlərə daha çox hücum etməsi müşahidə olunur və bu imkanların Qərb dəstəyi olmadan mümkün olmayacağını iddia edib.
O, həmçinin qeyd edib ki, bu cür siyasət Rusiya tərəfindən sərt reaksiyaların ehtimalını artırır və regionda gərginliyi daha da dərinləşdirə bilər.
