Ev Hərbi Xəbərlər“Kütləvi zərbələr endiriləcək” – İran ordusundan bəyanat

“Kütləvi zərbələr endiriləcək” – İran ordusundan bəyanat

by Baş Redaktor
28 Baxış

İran Silahlı Qüvvələri ABŞ-ı mümkün yeni hərbi əməliyyatların nəticələri barədə xəbərdar edib.

Army.az xəbər verir ki, bu barədə ölkənin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının yaydığı bəyanatda məlumat verilib.

Açıqlamada bildirilib ki, İran ərazisinə qarşı yenidən hücum həyata keçirilərsə, Tehran buna regiondakı müəyyən hədəflərə qarşı genişmiqyaslı hərbi tədbirlərlə cavab verəcək.

Bəyanatda vurğulanıb ki, ABŞ ordusu belə bir addımın bölgədə kütləvi və ciddi nəticələr doğura biləcəyini nəzərə almalıdır. İran tərəfi yeni hücum halında cavab əməliyyatlarının geniş miqyas alacağını qeyd edib.

banner

Əlaqəli Yazılar Xüsusi