ABŞ ilə diplomatik proses mövcud gərginlik və atəşkəs rejiminin pozulması fonunda davam edə bilməz.
Army.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.
O, qeyd edib ki, Vaşinqtonun ziddiyyətli bəyanatları, dəyişən mövqeləri və atdığı addımlar danışıqlar prosesini zəiflədir. Onun sözlərinə görə, İsrail tərəfi də Livanda atəşkəs rejiminin tez-tez pozulması ilə vəziyyəti daha da gərginləşdirir.
“Son gecə baş verən hadisələrdən sonra ABŞ ilə diplomatik yolu yenidən nəzərdən keçirməliyik. Hər hansı danışıqlar prosesi üçün ən azı sabit mühit olmalıdır”, – deyə Baqai vurğulayıb.
