İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a qarşı həyata keçirilən cavab əməliyyatının nəticələri ilə bağlı yeni məlumat yayıb.
Army.az xəbər verir ki, İran dövlət televiziyasının yaydığı bəyanata görə, əməliyyat zamanı bölgədə yerləşən ABŞ-a məxsus hərbi obyektlərdə ümumilikdə 18 mühüm hədəf vurulub.
Məlumatda qeyd olunur ki, SEPAH-ın hava-kosmik və dəniz qüvvələrinin iştirakı ilə iki mərhələdə həyata keçirilən hücumlar çərçivəsində Küveytdəki Əli Əl-Səlim və Əhməd Əl-Cabir aviabazaları, həmçinin Bəhreyndə yerləşən Şeyx İsa aviabazasının bir sıra obyektləri hədəfə alınıb.
Qurum zərbələrin ABŞ hərbi infrastrukturuna qarşı yönəldildiyini vurğulayıb.
