Ev Hərbi TexnologiyaABŞ antidron müdafiəsini gücləndirir: 106 milyon dollarlıq sifariş verildi

ABŞ antidron müdafiəsini gücləndirir: 106 milyon dollarlıq sifariş verildi

by Baş Redaktor
22 Baxış

ABŞ Silahlı Qüvvələri hava hücumundan müdafiə imkanlarını genişləndirmək və pilotsuz uçuş aparatlarına qarşı mübarizəni gücləndirmək üçün yeni müqavilə imzalayıb.

Army.az xəbər verir ki, ABŞ ordusu bu məqsədlə “L3Harris Technologies” şirkətindən ümumi dəyəri 106 milyon dollar olan VAMPIRE antidron sistemləri sifariş edib.

Şirkət bildirib ki, sözügedən müqavilə Vaşinqtonun çoxsəviyyəli hava və antidron müdafiə strategiyasının tərkib hissəsidir. VAMPIRE kompleksi kəşfiyyat, hədəfin müəyyənləşdirilməsi və dəqiq zərbə imkanlarını bir platformada birləşdirən modul sistem kimi hazırlanıb.

“L3Harris”in açıqlamasına əsasən, sistemin inkişafına Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra əlavə investisiyalar yönəldilib. Bildirilir ki, VAMPIRE xüsusilə ucuz və kütləvi istifadə olunan pilotsuz uçuş aparatlarına qarşı effektiv müdafiə vasitəsi kimi nəzərdə tutulub.

banner

Əlaqəli Yazılar Xüsusi