Almaniyanın gələcək illərdə mümkün hərbi qarşıdurmaya hazırlaşması lazım olduğu bildirilir.
Army.az xəbər verir ki, bu barədə Almaniya Quru Qoşunlarının komandanı, general-leytenant Kristian Fredinq “Politico”ya açıqlamasında danışıb.
O qeyd edib ki, Almaniya 2029-cu ilədək mümkün Rusiya ilə qarşıdurma ssenarisinə hazır olmalıdır və bu tarix milli plan deyil, NATO kəşfiyyat məlumatlarına əsaslanan qiymətləndirmədir.
Generalın sözlərinə görə, Almaniya ordusu hazırlıq səviyyəsini sürətlə artırmalı və istənilən vəziyyətə uyğun döyüş qabiliyyətini gücləndirməlidir.
Fredinq əlavə edib ki, ordu hətta “bu axşam belə döyüş ehtimalına” hazır olmalıdır və buna uyğun çevik və güclü struktur formalaşdırılmalıdır.
