Ev DünyaErmənistanda siyasi gərginlik: Karapetyandan Paşinyana açıq çağırış

Ermənistanda siyasi gərginlik: Karapetyandan Paşinyana açıq çağırış

by Baş Redaktor
40 Baxış

Ermənistanda fəaliyyət göstərən “Güclü Ermənistan” blokunun rəhbəri, rusiyalı iş adamı Samvel Karapetyan Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün parlamentdə təmsil olunma variantını istisna etməyib.

Army.az xəbər verir ki, Karapetyan bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, son seçkilərin nəticələri ölkədə legitim hakimiyyətin formalaşmasına gətirib çıxarmayıb.

Karapetyan iddia edib ki, seçki prosesi ciddi pozuntular, təzyiqlər və həbslər fonunda keçib. O bildirib ki, əgər Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasının ən qısa yolu parlament fəaliyyəti olacaqsa, mandatları qəbul edib qanunverici orqanda təmsil olunacaqlar.

banner

“Əgər məqsədə parlament vasitəsilə daha tez nail olmaq mümkündürsə, həmin yola üstünlük verəcəyik. Yox əgər bunun üçün küçə mübarizəsi daha effektiv hesab olunarsa, o zaman başqa üsullardan istifadə ediləcək”, – deyə Karapetyan vurğulayıb.

Bununla belə, o, deputat mandatlarının qəbul olunması məsələsinin hələlik yekun qərar mərhələsində olmadığını qeyd edib.

Əlaqəli Yazılar Xüsusi