Ev Hərbi XəbərlərMəşhur “Leopard 2” tankı döyüşdə məhv edildi

Məşhur “Leopard 2” tankı döyüşdə məhv edildi

by Baş Redaktor
29 Baxış

Rusiya tərəfi Ukrayna ordusunun Almaniya istehsalı olan bir ədəd Leopard 2 tankını itirdiyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə “TASS” məlumat verib.

Bildirilib ki, hadisə “Cənub” qoşun qruplaşmasının məsuliyyət zonasında baş verib.

Rusiya hərbi mənbələrinin iddiasına əsasən, son sutka ərzində həmin istiqamətdə Ukrayna qüvvələri 115-ə qədər hərbçi itirib.

banner

Bundan başqa, bir “Leopard 2” tankının, üç zirehli döyüş maşınının, 13 avtomobilin və üç səhra artilleriya qurğusunun sıradan çıxarıldığı bildirilib.

Qeyd edək ki, bu məlumatlar Rusiya tərəfinin açıqlamasına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Əlaqəli Yazılar Xüsusi