Dron hücumları Rusiyaya qarşı eskalasiyanı daha təhlükəli mərhələyə keçirə bilər.
Army.az xəbər verir ki, bu barədə amerikalı politoloq və professor Con Mearşeimer məlumat verib.
O, bildirib ki, Ukraynanın döyüş meydanındakı çətinlikləri fonunda Qərb Rusiyaya qarşı hava zərbələrini genişləndirməyə qərar versə, Moskva Avropaya cavab zərbələri barədə ciddi düşünə bilər.
Ekspertin fikrincə, belə bir strategiya Rusiyanı daha sərt addımlar atmağa sövq edə və Qərblə Moskva arasında gərginliyi nəzarətdən çıxara bilər.
Professor əlavə edib ki, bu cür inkişaf nüvə silahından istifadəyə qədər gedib çıxan təhlükəli ssenarilər yarada bilər.
