“Böyük Yeddilik”in (G7) liderləri Fransada keçiriləcək sammit çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş təşkil etməyi planlaşdırırlar.
Army.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin iddiasına görə, sammitin təşkilatçıları əvvəlcə Zelenskinin tədbirə dəvət olunmasını nəzərdə tutmasalar da, sonradan onun iştirakı ilə təxminən iki saatlıq xüsusi görüş keçirmək qərarına gəliblər.
Məlumata əsasən, bəzi Avropa liderləri Trampa Ukraynanın döyüş meydanında mövqelərini qoruduğunu və Kiyevə dəstəyin davam etdirilməsinin vacibliyini çatdırmağa çalışacaqlar.
Eyni zamanda, Fransa Prezidenti Emmanuel Makron Avropanın Ukraynaya hərbi və maliyyə yardımı sahəsində üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini vurğulamağı planlaşdırır.
Politico qeyd edir ki, əgər Tramp sammit zamanı Ukraynanın mövqelərini zəiflədə biləcək addımlar atmasa, Avropa liderləri bunu belə müsbət nəticə kimi qiymətləndirə bilərlər.
