Ev DünyaTehran: Livana hücumlar tam dayandırılmalıdır

Tehran: Livana hücumlar tam dayandırılmalıdır

by Baş Redaktor
26 Baxış

İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyə, İraq və Misirin xarici siyasət rəhbərləri ilə telefon əlaqəsi saxlayıb.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Danışıqlar zamanı tərəflər İslamabad anlaşmasının icra vəziyyətini və sənədin əsas müddəalarını müzakirə ediblər.

Əraqçi söhbətlər zamanı ABŞ-ın əldə olunmuş razılaşmanın həyata keçirilməsinə görə məsuliyyət daşıdığını vurğulayıb.

banner

İranlı nazir eyni zamanda İsrailin Livana qarşı hərbi əməliyyatlarının tam dayandırılmasının vacibliyini qeyd edib.

O, regionda sabitliyin təmin olunması, gərginliyin azaldılması və atəşkəsin möhkəmləndirilməsi istiqamətində göstərilən diplomatik səylərə görə Türkiyə, İraq və Misir rəhbərliyinə təşəkkürünü bildirib.

Əlaqəli Yazılar Xüsusi