Ev GündəmMoskva səhəri alovla açıldı: Sənaye zonasında yanğın başlayıb

Moskva səhəri alovla açıldı: Sənaye zonasında yanğın başlayıb

by Baş Redaktor
24 Baxış

Ukrayna hərbi “Telegram” kanalları Moskva şəhərinin Kapotnya rayonunda yerləşən neft emalı zavodu (NQZ) ərazisində yanğın baş verdiyini əks etdirən foto və videolar yayıb.

Army.az xəbər verir ki, hadisə dron hücumundan sonra qeydə alınıb.

Xatırladaq ki, səhər saatlarından etibarən Moskva istiqamətində pilotsuz uçuş aparatları ilə kütləvi hücumlar həyata keçirildiyi barədə məlumatlar yayılıb. Rusiya rəsmiləri isə paytaxta birbaşa zərbələrin endirildiyini təsdiqləməyib və ümumilikdə 60-a yaxın dronun hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.

Əlaqəli Yazılar Xüsusi