ABŞ-da “B-52 Stratofortress” strateji bombardmançı təyyarəsinin qəzaya uğraması ağır insan itkisi ilə nəticələnib.
Army.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı təyyarədə olan səkkiz ekipaj üzvünün hamısı həyatını itirib.
Qəza baş verən kimi əraziyə xilasedicilər və digər fövqəladə xidmət əməkdaşları göndərilib. Hazırda hadisənin hansı səbəbdən baş verdiyini müəyyənləşdirmək üçün araşdırma aparılır.
Qeyd edək ki, “B-52 Stratofortress” ABŞ Hərbi Hava Qüvvələrinin xidmətində qalan ən qədim strateji bombardmançı təyyarələrdən sayılır. İlk dəfə 1955-ci ildə istismara verilən bu hava gəmisi uzun uçuş məsafəsi və yüksək döyüş imkanları ilə tanınır.
