Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə davam edən müharibənin dayandırılmasının zəruriliyini bildirib.
Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Onun sözlərinə görə, münaqişənin sona çatdırılması artıq qaçılmaz mərhələyə daxil olub və bunun üçün diplomatik addımların atılması vacibdir.
Zelenski qeyd edib ki, Rusiya tərəfi müharibənin dayandırılması istiqamətində lazımi diplomatik təşəbbüsləri göstərməlidir. O vurğulayıb ki, müharibəyə son qoymağın vaxtı çatıb.
