Tailand Kral Ordusu ABŞ-dan daha 19 ədəd “Stryker” zirehli texnikasının ölkəyə gətirildiyini təsdiqləyib.
Army.az xəbər verir ki, bu barədə Tailand Kral Ordusunun 11-ci Piyada Diviziyasının Təminat Alayı məlumat yayıb.
Bildirilib ki, ABŞ-dan gətirilən zirehli texnikalar texniki xidmət bölməsinin mütəxəssisləri tərəfindən gələcəkdə bərpa və texniki hazırlıq işlərinin aparılması üçün 112-ci Piyada Alayının texnika parkına yerləşdirilib.
Məlumata görə, yeni partiya ABŞ-ın istifadədən çıxarılmış hərbi texnikaların müttəfiq ölkələrə verilməsini nəzərdə tutan “Excess Defense Articles” proqramı çərçivəsində Xarici Hərbi Satış proqramının ilk mərhələsi üzrə Tailand tərəfinə təhvil verilib.
