Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərindən sonra ölkədə baş verən daxili siyasi proseslərlə yanaşı, beynəlxalq reaksiyalar da diqqət çəkir.
Army.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin Ermənistanın Baş naziri Nikol Paşinyanı seçkilərdə qazandığı qələbə münasibətilə hələ də təbrik etməyib.
Qəzet qeyd edib ki, Kremlin sözçüsü Dmitri Peskov seçkilərdən sonra Moskvanın yekun rəsmi nəticələrin açıqlanmasını gözlədiyini bildirmişdi. Onun sözlərinə görə, yalnız bundan sonra Paşinyana təbrik mesajının göndərilib-göndərilməyəcəyi ilə bağlı qərar veriləcək.
