Ev DünyaTürkiyədə yeni siyasi partiya yaradıldı: “İlk seçkidə hakimiyyətə gələcəyik”

Türkiyədə yeni siyasi partiya yaradıldı: “İlk seçkidə hakimiyyətə gələcəyik”

by Baş Redaktor
40 Baxış

Türkiyədə CHP-dən istefa verən Özgür Özəlin rəhbərliyi ilə yaradılan YENİ Partinin təsis sənədləri rəsmi olaraq Daxili İşlər Nazirliyinə təqdim edilib.

Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Partiyanın yaradılması ilə bağlı ərizənin təqdim olunmasından sonra Hacı Bayram Vəli məscidində cümə namazı qılan Özgür Özəl məsciddən çıxarkən vətəndaşların sıx marağı ilə qarşılaşıb.

Daha sonra jurnalistlərə açıqlama verən Özəlin çıxışı zaman-zaman şüarlar səbəbindən yarımçıq kəsilib. O, “İlk seçkidə hakimiyyətə gələcəyik” deyib.

banner

Özəl bildirib ki, YENİ Partinin müxalifətdə büdcə müzakirələrində iştirak etdiyi ilk və yeganə il olacaq. O, növbəti mərhələdə xalqın problemlərini həll edən, ölkəyə sülh, rifah və əmin-amanlıq gətirən hakimiyyət quracaqlarını söyləyib.

Əlaqəli Yazılar Xüsusi