İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats İordan çayının qərb sahilində cümə günü israillini öldürən silahlının evinin sökülməsi barədə İsrail Müdafiə Ordusuna göstəriş verib.
Army.az xəbər verir ki, bu barədə İsrail hökumət başçısının ofisi məlumat yayıb.
Bildirilib ki, qərar hökumətin məhdud tərkibli kabinetinin üzvləri və müdafiə qurumlarının rəhbərliyi ilə keçirilən məsləhətləşmələrdən sonra qəbul edilib.
“Netanyahu və Kats İsrail Müdafiə Ordusuna bugünkü hücumu həyata keçirən silahlının evini sökməyi, terror ocaqları hesab olunan kəndlərdə, o cümlədən silahların müsadirəsi və iş icazələrinin ləğvi də daxil olmaqla, digər tədbirlərlə güc tətbiq etməyi, həmçinin Yəhudeya və Samariyanın bütün ərazisində bölmələri gücləndirməyi tapşırıblar”, – deyə açıqlamada bildirilib.
