Ev DünyaZelenskidən sensasion iddia: Rusiya ABŞ hərbi obyektlərinin görüntülərini İrana ötürür

Zelenskidən sensasion iddia: Rusiya ABŞ hərbi obyektlərinin görüntülərini İrana ötürür

by Baş Redaktor
32 Baxış

“Rusiyanın İran rejiminə göstərdiyi yeni yardımla bağlı əlimizdə olan məlumatları tərəfdaşlarımıza çatdırmaq üçün kəşfiyyata tapşırıq verəcəyəm”.

Army.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“İyulun əvvəlindən Rusiya tərəfindən Fars körfəzi ölkələrinin ərazilərinin və orada yerləşən ABŞ hərbi obyektlərinin aktiv peyk çəkilişlərinin aparıldığını qeydə alırıq. Daha sonra bu görüntülər İrana ötürülür.

Bununla yanaşı, Rusiya tərəfindən obyektlərin çəkilişi ilə İran qüvvələrinin həmin obyektlərə zərbələri arasında aydın əlaqə müşahidə olunur. Peyk görüntüləri həm zərbələrdən əvvəl, həm də İranın hücumlarından sonra – dəymiş zərərin qiymətləndirilməsi məqsədilə əldə edilir”, – Ukrayna lideri videomüraciətində bildirib.

banner

Əlaqəli Yazılar Xüsusi