Ev Hərbi XəbərlərZelenski: Ukrayna Rusiyanın strateji obyektlərini vurub

Zelenski: Ukrayna Rusiyanın strateji obyektlərini vurub

by Baş Redaktor
45 Baxış

Ukrayna ordusu gecə saatlarında Rusiyanın müxtəlif bölgələrində yerləşən strateji əhəmiyyətli obyektlərə uzaqmənzilli zərbələr endirib.

Army.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.

Onun sözlərinə görə, Rostov vilayətində cəbhə xəttindən təxminən 250 kilometr məsafədə yerləşən ixrac terminalı hücuma məruz qalıb.

Zelenski həmçinin Yaroslavl vilayəti və Udmurtiyada yerləşən neft obyektlərinin də hədəfə alındığını bildirib. Qeyd olunub ki, həmin obyektlər Ukraynanın dövlət sərhədindən təxminən 1300 kilometr uzaqlıqda yerləşir.

banner

Əlaqəli Yazılar Xüsusi