Ev DünyaSərkisyan: ABŞ “Tramp marşrutu” layihəsini sürətlə irəli aparır

Sərkisyan: ABŞ “Tramp marşrutu” layihəsini sürətlə irəli aparır

by Baş Redaktor
37 Baxış

ABŞ-ın TRIPP (“Tramp marşrutu”) layihəsini sürətlə həyata keçirdiyi iddia olunur.

Army.az xəbər verir ki, bu barədə erməni politoloq Suren Sərkisyan açıqlama verib.

Ekspertin sözlərinə görə, Donald Tramp administrasiyası Cənubi Qafqaz və Mərkəzi Asiyada Vaşinqtonun iştirakını son onilliklərin ən yüksək səviyyəsinə çatdırıb.

Sərkisyan hesab edir ki, ABŞ-ın regiondakı fəallığına təkcə mövcud geosiyasi şərait deyil, həm də Rusiyanın diqqətini Ukrayna müharibəsinə yönəltməsi təsir göstərib.

banner

Onun fikrincə, Moskvanın əsas resurslarını Ukrayna cəbhəsinə yönəltməsi nəticəsində Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiyadakı təsir imkanları əhəmiyyətli dərəcədə zəifləyib ki, bu da ABŞ üçün regionda mövqelərini gücləndirmək baxımından əlavə imkanlar yaradıb.

Əlaqəli Yazılar Xüsusi