İran Xarici İşlər Nazirliyi ölkənin hazırda ABŞ ilə heç bir rəsmi danışıq aparmadığını bəyan edib.
Army.az xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi İsmayıl Bəqayi iyulun 27-də Tehranda keçirdiyi mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, son günlər bəzi media orqanlarında İran və ABŞ arasında danışıqlar aparıldığına dair məlumatlar yayılsa da, bu iddialar həqiqəti əks etdirmir:
“Hazırda İranın ABŞ ilə heç bir müzakirəsi yoxdur”.
XİN sözçüsü əlavə edib ki, İran müxtəlif istiqamətlər üzrə diplomatik təmaslarını davam etdirir və bu proseslə bağlı fərqli şərhlər səsləndirilə bilər.
O bildirib ki, hazırda Tehran Omanla Hörmüz boğazı ilə bağlı zəruri mexanizmlərin formalaşdırılması və əlaqələndirmə məsələlərini müzakirə edir.
