Ukrayna Avropa mənşəli yeni hava hücumundan müdafiə sisteminin prototipini yaxın müddətdə istifadəyə hazır vəziyyətə gətirməyi hədəfləyir. Söhbət Rusiyanın ballistik raket təhdidinə qarşı effektiv müdafiə imkanları yaradacaq layihədən gedir.
Army.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini, eyni zamanda “Freyja” layihəsinin rəhbəri Davıd Aloyan məlumat verib.
Onun sözlərinə görə, layihənin elmi-tədqiqat və inkişaf mərhələsinə ayrılacaq maliyyə vəsaitini qiymətləndirəcək beynəlxalq rəhbər komitənin ilk toplantısı yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, iki həftə əvvəl Parisdə Ukrayna Prezidenti Volodimir Zelenskinin, Avropanın 10 ölkəsinin liderlərinin və çoxsaylı müdafiə sənayesi şirkətlərinin iştirakı ilə ballistik raketlərə qarşı müdafiə koalisiyasının yaradıldığı rəsmən elan edilmişdi.
