Ev Hərbi XəbərlərKommersant: Putin iki ölkə ilə hərbi danışıqlara göstəriş verib

Kommersant: Putin iki ölkə ilə hərbi danışıqlara göstəriş verib

by Baş Redaktor
30 Baxış

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan və Özbəkistanla hərbi-texniki əməkdaşlıq sahəsində qüvvədə olan sazişlərə dəyişikliklərin edilməsi məqsədilə danışıqların başlanmasına göstəriş verib.

Army.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Məlumata görə, müvafiq sənədlər Rusiyanın hüquqi aktlarının rəsmi portalında dərc olunub. Rusiya ilə Qazaxıstan arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş 2013-cü ildə imzalanıb və 2015-ci ildə ratifikasiya edilib. Özbəkistanla analoji sənəd isə 2016-cı ildə qüvvəyə minib.

Bu sazişlər silah və hərbi texnikanın tədarükü, hərbi təyinatlı məhsulların mübadiləsi, texnologiyaların, eləcə də texniki sənədlərin ötürülməsi kimi məsələləri əhatə edir.

banner

Nəşrin məlumatına əsasən, son illərdə Qazaxıstan Rusiyadan Su-30SM qırıcıları, Mi-171ŞMi-35M helikopterləri, Buk-M2E zenit-raket kompleksləri, həmçinin BTR-80BTR-82A zirehli transportyorları alıb. Bundan əlavə, 2015-ci ildə Rusiya vahid regional hava hücumundan müdafiə sisteminin yaradılması proqramı çərçivəsində Qazaxıstana beş ədəd S-300PS zenit-raket kompleksini əvəzsiz verib.

Özbəkistan isə 2017–2019-cu illərdə dövlət ixrac krediti hesabına 12 ədəd Mi-35M helikopteri əldə edib, həmçinin təxminən 30 MiQ-29 qırıcısını modernləşdirib. Tərəflər bundan başqa Su-30SM qırıcılarının, Sopka-2 radiolokasiya kompleksinin və Peçora-2M zenit-raket sistemləri üçün avadanlıqların mümkün tədarükünü də müzakirə ediblər.

Əlaqəli Yazılar Xüsusi