Ev Hərbi XəbərlərYaxın Şərqdə gərginlik artır: İran ABŞ bazalarına zərbələr endirdi

Yaxın Şərqdə gərginlik artır: İran ABŞ bazalarına zərbələr endirdi

by Baş Redaktor
32 Baxış

İran Xarici İşlər Nazirliyi ABŞ-ın həyata keçirdiyi hava zərbələri ilə bağlı açıqlama verərək, buna cavab olaraq regiondakı ABŞ hərbi bazalarının hədəf alındığını bildirib.

Army.az xəbər verir ki, ABŞ iyunun 10-na keçən gecə Oman körfəzindəki Hörmüz boğazı üzərində baş vermiş “Apache” helikopteri insidentini əsas gətirərək İranın cənub bölgələrinə zərbələr endirib.

Tehranda bu addım BMT Nizamnaməsinin və beynəlxalq hüququn güc tətbiqini qadağan edən prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirilib.

Açıqlamada Vaşinqtonun “cinayətkar və aqressiv xarakterini” bir daha nümayiş etdirdiyi qeyd olunub.

banner

İran tərəfi bildirib ki, özünümüdafiə hüququ çərçivəsində silahlı qüvvələr regiondakı ABŞ hərbi bazalarına və obyektlərinə zərbələr endirib.

Eyni zamanda, İran XİN Körfəz regionu ölkələrinə, xüsusilə də Fars körfəzinin cənub sahilində yerləşən dövlətlərə müraciət edərək onların ərazilərinin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları üçün istifadə olunmamasını tələb edib.

Əlaqəli Yazılar Xüsusi