Ev Hərbi Xəbərlərİran Çindən yüzlərlə texnika alır: Hazırlıq başladı

İran Çindən yüzlərlə texnika alır: Hazırlıq başladı

by Baş Redaktor
13 Baxış

İran yaxın həftələrdə Çindən 300-400 ədəd daşına bilən hava hücumundan müdafiə sistemi (MANPADS) qəbul etməyə hazırlaşır.

Army.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məsələ ilə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, dəyəri 60-70 milyon ABŞ dolları həcmində qiymətləndirilən müqavilə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra Tehranın qısamənzilli hava hücumundan müdafiə imkanlarını gücləndirmək istiqamətində atdığı ən böyük addımlardan biri sayılır.

Agentliyin yazdığına görə, son müharibə İranın strateji obyektlərini və hərbi infrastrukturunu hava hücumlarından qorumaq sahəsində mövcud çatışmazlıqları üzə çıxarıb.

banner

Mənbələrin bildirdiyinə əsasən, razılaşma çərçivəsində Çin istehsalı olan QW-12FN-16 tipli 300-400 ədəd daşına bilən zenit-raket kompleksinin İrana tədarükü nəzərdə tutulur.

Əlaqəli Yazılar Xüsusi