Ev Hərbi XəbərlərKüveyt: İranın hücumu nəticəsində bir nəfər həlak olub

Küveyt: İranın hücumu nəticəsində bir nəfər həlak olub

by Baş Redaktor
17 Baxış

İranın Küveytin şimalında yerləşən, Çin şirkətinə məxsus obyektə endirdiyi zərbə nəticəsində azı bir nəfər həlak olub.

Army.az xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Səud əl-Atvan məlumat verib.

Onun sözlərinə görə, hücum ölkənin şimal hissəsində fəaliyyət göstərən Çin şirkətlərindən birinə məxsus binanı hədəf alıb. Zərbə nəticəsində bir işçi həyatını itirib, binaya isə ciddi maddi ziyan dəyib.

Nazirlik rəsmisi bildirib ki, hadisədən dərhal sonra aidiyyəti qurumlar əraziyə cəlb olunub və hücumun nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlərə başlanılıb.

banner

Əlaqəli Yazılar Xüsusi