Ev Hərbi XəbərlərMedvedev: “Əməliyyatların yekun mərhələsindəyik”

Medvedev: “Əməliyyatların yekun mərhələsindəyik”

by Baş Redaktor
15 Baxış

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, Moskva Ukraynada apardığı hərbi əməliyyatların yekun mərhələsinə yaxınlaşdığını hesab edir.

Army.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Medvedevin sözlərinə görə, ölkə “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibənin başa çatması baxımından mühüm mərhələyə daxil olub.

“Biz həqiqətən də xüsusi hərbi əməliyyatın yekunlaşması baxımından çox vacib mərhələyə keçmişik. Əminəm ki, döyüşlərdə iştirak edən könüllülər də qələbəyə öz töhfələrini verəcəklər”, – deyə o bildirib.

banner

Medvedev vurğulayıb ki, döyüşlərdə iştirak etmək qərarı böyük risk daşıdığı üçün asan qəbul edilmir. O, könüllüləri ehtiyatlı olmağa çağıraraq əlavə edib:

“Bizə qələbə lazımdır, lakin bunun bədəli mümkün qədər az olmalıdır”.

Əlaqəli Yazılar Xüsusi