ABŞ-ın vitse-prezidenti Cey Di Vens və İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda təkbətək görüş keçirərək İran siyasəti və müharibə ilə bağlı fikir ayrılıqlarını müzakirə ediblər.
Army.az xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Netanyahu Vensin son vaxtlar İsraili tənqid edən açıqlamalarından və bunun Respublikaçılar Partiyası daxilində İsrailə dəstəyə mümkün təsirindən narahatlığını ifadə edib.
Öz növbəsində, Vens Netanyahunun müttəfiqlərinin onu siyasi baxımdan nüfuzdan salmağa və İranla bağlı danışıqlara mane olmağa çalışdıqlarını düşündüyünü bildirib.
Buna baxmayaraq, tərəflər görüşü “konstruktiv və məhsuldar” kimi qiymətləndiriblər və Yaxın Şərqlə bağlı məsələlərdə əməkdaşlığı davam etdirmək niyyətlərini təsdiqləyiblər.
