NATO Avropada nüvə çəkindirmə imkanlarının genişləndirilməsi ilə bağlı yeni plan üzərində işləyir.
Army.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Məlumata görə, nəzərdən keçirilən əsas variantlardan biri ABŞ-yə məxsus əlavə nüvə silahlarının Avropada yerləşdirilməsidir. Ekspertlər hesab edirlər ki, Vaşinqton artıq B61-12 tipli nüvə bombalarını Böyük Britaniyadakı Leykenhit aviabazasında yerləşdirə bilər.
Bildirilib ki, təhlükəsizlik vəziyyəti daha da gərginləşərsə, Polşa, Finlandiya və Litva da mümkün yerləşdirmə məntəqələri kimi nəzərdən keçirilir.
DPA-nın məlumatına əsasən, plan əsasən qeyri-strateji nüvə silahlarını əhatə edir. Bu silahlar strateji nüvə arsenalı ilə müqayisədə daha az dağıdıcı gücə malik olur və əsasən döyüş təyyarələri, qısamənzilli ballistik raketlər və qanadlı raketlər vasitəsilə tətbiq edilir.
