Ev Hərbi XəbərlərRusiyaya böyük zərbə: Ukrayna ilin ən böyük PUA hücumunu həyata keçirdi

Rusiyaya böyük zərbə: Ukrayna ilin ən böyük PUA hücumunu həyata keçirdi

by Baş Redaktor
29 Baxış

Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə gecə saatlarında həyata keçirdiyi pilotsuz uçuş aparatı (PUA) hücumu bu ilin ən kütləvi hücumlarından biri kimi qiymətləndirilib.

Army.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata görə, avqustun 2-nə keçən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri ölkənin müxtəlif regionları, eləcə də Azov və Qara dəniz akvatoriyaları üzərində 635 Ukrayna PUA-sını vuraraq zərərsizləşdirdiyini açıqlayıb.

Bildirilir ki, PUA-lar Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Lipetsk, Orlov, Rostov, Ryazan, Saratov, Tambov, Tula vilayətləri, Moskva bölgəsi, Krım və Krasnodar diyarı üzərində aşkarlanıb.

banner

TASS qeyd edir ki, bundan əvvəl ən iri hücumlardan biri iyulun 24-də qeydə alınmış və Rusiya tərəfi həmin gün 571 PUA-nın vurulduğunu bildirmişdi. İlin ən böyük hücumu isə iyunun 26-da baş verib. Rusiya həmin vaxt 660 PUA-nın, iyunun 18-də 555, mayın 17-nə keçən gecə isə 556 PUA-nın məhv edildiyini açıqlamışdı.

Əlaqəli Yazılar Xüsusi