Ev DünyaKTMT-dən Ermənistan açıqlaması: “Üzv ölkələrin öz maraqları var”

KTMT-dən Ermənistan açıqlaması: “Üzv ölkələrin öz maraqları var”

by Baş Redaktor
28 Baxış

Rusiya Ermənistanla münasibətlərdə dostluq əlaqələrinin qorunub saxlanılmasında maraqlı olduğunu bildirib.

Army.az xəbər verir ki, bu barədə KTMT-də Rusiyanın daimi nümayəndəsi Viktor Vasilyev RIA Novosti agentliyinə açıqlamasında qeyd edib.

Bildirilib ki, Moskva iki ölkə xalqları arasında uzun illər ərzində formalaşmış tarixi və humanitar əlaqələri nəzərə alır.

“Biz Rusiya ilə Ermənistan arasında dostluq münasibətlərini qorumaq istəyirik. Bu əlaqələr yalnız onillikləri deyil, əsrlər boyu xalqlarımızın ortaq taleyi və bir-biri ilə bağlı həyatı ilə formalaşıb”, – deyə Vasilyev bildirib.

banner

O əlavə edib ki, KTMT-nin digər üzv ölkələrinin də Ermənistanla bağlı öz maraqları və münasibətlər tarixçəsi mövcuddur.

Vasilyevin sözlərinə görə, hazırda KTMT ilə Ermənistan arasında hər hansı münaqişə yoxdur və təşkilatla İrəvan arasındakı münasibətlərdə yaranmış vəziyyətin guya Ermənistan-Azərbaycan gərginliyinin artması nəticəsində başladığını söyləmək düzgün deyil.

Əlaqəli Yazılar Xüsusi