Ev Hərbi Xəbərlərİran deputatından Pezeşkiana sərt ittiham: “Trampla razılaşmanı qələbə sayırlar”

İran deputatından Pezeşkiana sərt ittiham: “Trampla razılaşmanı qələbə sayırlar”

by Baş Redaktor
29 Baxış

İran parlamentinin deputatı Həmid Rəsaei ölkə rəhbərliyini ABŞ-la mümkün razılaşmaya münasibətdə sərt şəkildə tənqid edib.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

O iddia edib ki, İran Prezidenti Məsud Pezeşkian və parlament sədri Məhəmməd Bağır Qalibaf ABŞ Prezidenti Donald Trampla əldə olunacaq anlaşmanı qələbə kimi təqdim etməyə çalışırlar.

Rəsaei bildirib ki, Trampın 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxmasından sonra İranın əvvəlki rəhbərliyi bu məsələyə böyük əhəmiyyət verib və sazişin bərpasına ümid edib.

banner

Deputatın sözlərinə görə, hazırda bəzi iranlı siyasətçilər də ABŞ-la razılaşmanı ölkənin xarici siyasətinin əsas istiqaməti kimi görür və onun qorunub saxlanmasına çalışırlar.

Rəsaei bu yanaşmanı tənqid edərək bildirib ki, belə mövqe İranın ali rəhbəri Əli Xameneiyə qarşı sərt mövqedə dayanan ABŞ rəhbərliyi ilə anlaşmaya həddindən artıq önəm verilməsi deməkdir.

Əlaqəli Yazılar Xüsusi