Ev Hərbi XəbərlərBudanov: Rusiya müharibədə strateji dalana dirənib

Budanov: Rusiya müharibədə strateji dalana dirənib

by Baş Redaktor
23 Baxış

Rusiyanın Ukraynaya qarşı apardığı müharibə çoxdan strateji çıxılmaz vəziyyətə düşüb, lakin Kreml hələ də məqsədlərinə hərbi yolla nail ola biləcəyinə inanır.

Army.az xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirilo Budanov xarici diplomatik nümayəndəliklərin rəhbərləri ilə keçirilən görüşdə jurnalistlərə açıqlamasında səsləndirib.

“Ruslar hələ də məqsədlərinə hərbi yolla çata biləcəklərinə inanırlar. Bu, həqiqəti əks etdirmir və onlar bunu illərdir sübut edirlər. Müharibə onlar üçün mahiyyət etibarilə çıxılmaz vəziyyətə düşüb”, – deyə Budanov bildirib.

O əlavə edib ki, cəbhənin müxtəlif istiqamətlərində həm irəliləyişlərin, həm də mövqe döyüşlərinin müşahidə olunmasına baxmayaraq, strateji baxımdan müharibə uzun müddətdir dalana dirənib.

banner

Əlaqəli Yazılar Xüsusi