Ev Hərbi XəbərlərYaxın Şərqdə yeni hərbi ittifaq iddiası: Birgə əməliyyat mərkəzi yaradılıb

Yaxın Şərqdə yeni hərbi ittifaq iddiası: Birgə əməliyyat mərkəzi yaradılıb

by Baş Redaktor
46 Baxış

Yəmənin “Ənsarallah” (Husi) hərəkatı ilə İranın İraqda dəstəklədiyi silahlı qruplaşmaların Cərf əs-Səxr bölgəsində ortaq əməliyyat mərkəzi yaratdığı iddia edilir.

Army.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Yeni mərkəz pilotsuz uçuş aparatları üzrə mütəxəssislərin koordinasiyasını təmin etməyə və İraq ərazisindən mümkün zərbə əməliyyatlarını planlaşdırmağa xidmət edəcək.

Nəşr qeyd edir ki, belə bir infrastrukturun formalaşdırılması pilotsuz aparat və raketlərin İsrailə çatma müddətini qısalda, eyni zamanda əməliyyat imkanlarını genişləndirə bilər.

banner

Mənbənin iddiasına əsasən, husilərlə İraqdakı silahlı qruplaşmalar arasında əməkdaşlıq artıq siyasi əlaqələr çərçivəsini geridə qoyaraq hərbi koordinasiya səviyyəsinə yüksəlib. Bildirilir ki, tərəflər İraq ərazisində ortaq əməliyyat mərkəzi vasitəsilə fəaliyyətlərini əlaqələndirməyə başlayıblar.

Əlaqəli Yazılar Xüsusi