16
“Rusiya Alyansla qarşıdurma axtarmır”.
Army.az xəbər verir ki, bunu NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviç deyib.
O, bu fikri jurnalistlərin Baltikyanı ölkələrə qarşı mümkün Rusiya hərbi əməliyyatları ilə bağlı suallarını cavablandırarkən səsləndirib.
Qrinkeviç qeyd edib ki, mövcud kəşfiyyat məlumatlarını diqqətlə təhlil edib və əldə olunan nəticələr Rusiyanın NATO ilə birbaşa münaqişəyə can atmadığını göstərir.
