Ev Dünya“Təcavüzkarlar tam peşman olana qədər…” – Pezeşkian

“Təcavüzkarlar tam peşman olana qədər…” – Pezeşkian

by Baş Redaktor
49 Baxış

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin ABŞ və İsrailə qarşı müqavimət siyasətini davam etdirəcəyini bildirib.

Army.az xəbər verir ki, Pezeşkian “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada Tehran hakimiyyətinin müharibədən yayınmağa çalışdığını, əsas məqsədin isə xalqın maraqlarını və regionun təhlükəsizliyini qorumaq olduğunu qeyd edib.

İran liderinin sözlərinə görə, buna baxmayaraq, ölkəsi qarşılaşdığı təcavüz qarşısında müdafiə mövqeyindən geri çəkilməyəcək. O, İranın müqaviməti davam etdirməkdə qərarlı olduğunu vurğulayıb.

Pezeşkian bildirib ki, İran İslam Respublikası tarixən müharibəyə qarşı mövqe sərgiləyib və regional təhlükəsizliyin təmin olunmasını hərbi qarşıdurmanın qarşısının alınmasında görüb.

banner

Əlaqəli Yazılar Xüsusi