Çinlə Qazaxıstan arasındakı sərhəd-keçid məntəqələrindən birində bəzi kişilərdən saqqallarını qırxmaları tələb olunduğu iddia edilir.
Army.az xəbər verir ki, “Tsarqrad” məlumat yayıb.
Bildirilib ki, Çin sərhədçiləri bəzi saqqallı şəxslərin ölkəyə girişinə icazə verməzdən əvvəl onların saqqallarını qırxmasını tələb edə bilər. İddialara əsasən, bunun səbəbi saqqalın bəzi hallarda radikal və ya ekstremist ideologiyaya bağlılığın əlaməti kimi qiymətləndirilməsidir.
Məsələ sentyabrın əvvəlində Qazaxıstan vətəndaşlarının açıqlamalarından sonra gündəmə gəlib. Qazaxıstanlı Samat Avqanov Ulysmedia.kz-ə bildirib ki, iş məqsədilə Çinin Xorqos şəhərinə gedərkən sərhəd-keçid məntəqəsində ondan saqqalını qırxması və ya Qazaxıstana geri dönməsi tələb olunub. O, nəticədə saqqalını qırxmağa məcbur qaldığını və sərhədçilərin prosesi videoya çəkdiyini deyib.
