Ev Hərbi XəbərlərQış öncəsi Kiyevə qarşı yeni təhlükə: Rusiya enerji sistemini hədəfə ala bilər

Qış öncəsi Kiyevə qarşı yeni təhlükə: Rusiya enerji sistemini hədəfə ala bilər

by Baş Redaktor
29 Baxış

Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatlarının azalması fonunda Rusiyanın zərbələrinin intensivliyini artırdığı bildirilir. Moskvanın əsas məqsədlərindən birinin isə qış ayları başlamazdan əvvəl Ukraynanın enerji infrastrukturuna təzyiqi gücləndirmək olduğu qeyd edilir.

Army.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Məlumata görə, Nyu-York Şəhər Kollecinin beynəlxalq münasibətlər üzrə fəxri professoru Racan Menon “The New York Times” qəzetində dərc olunan məqaləsində Ukraynanın hava müdafiəsinin mövcud vəziyyətinə diqqət çəkib.

Menonun fikrincə, Rusiya son dövrdə raket hücumlarının sayını artırır və soyuq mövsüm yaxınlaşdıqca Ukraynanın enerji sisteminə qarşı yeni zərbələrə hazırlaşır. O hesab edir ki, qarşıdakı dövr müharibənin gələcək istiqaməti baxımından mühüm əhəmiyyət daşıya bilər.

banner

Ekspertin qənaətinə görə, Moskva növbəti mərhələdə Ukraynanın həm müdafiə imkanlarını, həm də enerji infrastrukturunu zəiflətməyə yönəlmiş strategiyaya üstünlük verə bilər. Bu baxımdan, qarşıdakı aylar Kiyev üçün ciddi sınaq dövrünə çevrilə bilər.

Əlaqəli Yazılar Xüsusi