Ev Hərbi XəbərlərPolşalı nazir Almaniyanın yenidən silahlanmasından danışdı: “Risk yarana bilər”

Polşalı nazir Almaniyanın yenidən silahlanmasından danışdı: “Risk yarana bilər”

by Baş Redaktor
35 Baxış

Almaniyanın hərbi imkanlarını genişləndirdiyi bir vaxtda radikal millətçi “Almaniya üçün Alternativ” (AfD) Partiyasının seçkilərdə uğur qazanması Avropanın təhlükəsizliyi baxımından ciddi risklər yarada bilər.

Army.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski danışıb.

Polşa XİN rəhbəri Almaniya ordusunun gücləndirilməsinin tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, Berlin Avropanın ən böyük iqtisadiyyatına malik ölkəsi kimi ümumi təhlükəsizliyin təmin olunmasında mühüm rol oynamalıdır. Sikorski bu rolun demokratik rəhbərlik şəraitində həyata keçirilməsinin vacibliyini də vurğulayıb.

Bununla belə, nazir Almaniyanın hərbi potensialının artırılması ilə paralel olaraq AfD-nin siyasi mövqelərinin möhkəmlənməsini narahatedici hal kimi qiymətləndirib.

banner

Sikorskinin fikrincə, Almaniyanın yenidən silahlanması fonunda AfD-nin daha da güclənməsi ölkənin qonşuları üçün ciddi təhlükəsizlik risklərinin ortaya çıxmasına səbəb ola bilər.

Əlaqəli Yazılar Xüsusi