Ev DünyaRusiya Ermənistana güzəşt etməyəcək? Zatulindən Paşinyanla bağlı açıqlama

Rusiya Ermənistana güzəşt etməyəcək? Zatulindən Paşinyanla bağlı açıqlama

by Baş Redaktor
35 Baxış

Ermənistanla Rusiya arasında münasibətlərdə gərginliyin davam etdiyi bir vaxtda Moskvanın İrəvana qarşı iqtisadi siyasətində dəyişiklik gözlənilmir.

Army.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin sözlərinə görə, Nikol Paşinyanın baş nazirliyi dövründə Ermənistanın ticarət və iqtisadi sahədə Rusiyadan hər hansı güzəşt əldə etməsi mümkün olmayacaq.

Zatulin iki ölkə arasında münasibətlərin pisləşməsini Ermənistan hakimiyyətinin yürütdüyü siyasi kursla əlaqələndirib. O, İrəvanın Moskvanın rəqibləri ilə əməkdaşlıq və ittifaqlar qurmaq cəhdlərinin qarşılıqlı əlaqələrə mənfi təsir göstərdiyini iddia edib.

Deputatın sözlərinə görə, Rusiya və Ermənistan rəsmiləri arasında müəyyən təmaslar davam etsə də, Moskva İrəvanın təzyiq və ya “şantaj” cəhdlərinə güzəştə getmək niyyətində deyil.

banner

Zatulin bununla da Paşinyan hökumətinin hazırkı siyasi xəttinin davam etdiyi müddətdə Moskva-İrəvan münasibətlərində yumşalmanın baş verməyəcəyini bildirib.

Əlaqəli Yazılar Xüsusi