Ev Hərbi XəbərlərAlmaniyada Ukraynaya silah yardımı ilə bağlı yeni açıqlama

Almaniyada Ukraynaya silah yardımı ilə bağlı yeni açıqlama

by Baş Redaktor
44 Baxış

Almaniya Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə yardım göstərməməlidir.

Army.az xəbər verir ki, bu mövqeni müxalifətdə olan “Almaniya üçün Alternativ” (AfD) Partiyasının həmsədri Tino Krupalla səsləndirib.

Krupalla ZDF telekanalının efirində çıxışı zamanı Almaniyada istehsal olunan pilotsuz uçuş aparatlarının Rusiyanın dərinliklərindəki hədəflərə qarşı istifadə edilməsini tənqid edib.

AfD həmsədri bildirib ki, partiyası bu cür hərbi dəstəyə qarşıdır və Almaniyanın istehsal etdiyi dronların Rusiyaya qarşı zərbələrdə tətbiq olunmasını qəbul etmir.

banner

Onun sözlərinə görə, AfD-nin mövqeyi yalnız Ukrayna ilə bağlı deyil. Partiya ümumilikdə silahların böhran və hərbi münaqişə bölgələrinə göndərilməsinə qarşı çıxır.

Əlaqəli Yazılar Xüsusi