Ev Hərbi XəbərlərUşakov: “ABŞ Ukraynaya yardımı dayandırsa, müharibə daha tez bitə bilər”

Uşakov: “ABŞ Ukraynaya yardımı dayandırsa, müharibə daha tez bitə bilər”

by Baş Redaktor
31 Baxış

ABŞ-ın Ukraynaya birbaşa dəstəyi dayandırmasının hərbi əməliyyatların daha qısa müddətdə sona çatmasına şərait yarada biləcəyi bildirilib.

Army.az xəbər verir ki, bu fikri Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov səsləndirib.

Uşakov ABŞ-ın Ukraynada müharibənin mümkün qədər tez başa çatmasına necə töhfə verə biləcəyi ilə bağlı suala cavabında Kiyevə göstərilən yardımların dayandırılmasını təklif edib.

“İlk növbədə, yəqin ki, Kiyevə istənilən yardımı dayandırmaq lazımdır”, – deyə Kremlin nümayəndəsi bildirib.

banner

O, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan son telefon danışığının məzmununun açıqlanmadığını qeyd edib.

Uşakovun sözlərinə görə, liderlər danışıqlar zamanı Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq imkanlarını və bunun yollarını müzakirə ediblər.

Əlaqəli Yazılar Xüsusi